Dongfeng Shine Max modeli tam led optikalara sahibdir. 3-lü obyektivlə adaptiv matrix LED işıqları, keyfiyyətli və geniş ərazili işıqlandırma təmin edir, qarşıdan gələn sürücünün gözünü qamaşdırmadan yan hissələri işıqlandırır.
12.3 dyümlük rəqəmsal HD instrumental panel (Light Phantom)
Sürücünün avtomobillə qarşılıqlı əlaqəsini tamamilə dəyişir. Sürücüyə avtomobilin statusu, naviqasiya və multimedia funksiyaları haqqında dolğun informasiya təqdim edərək, aydın və canlı ekran informasiyası təmin edir. Bu təkcə sürüş komfortu və təhlükəsizlik yaratmır, eyni zamanda interyerə müasir və eleqant görünüş bəxş edir.
Panoramik tavan (SkyLight)
Elektrik lyuk ilə geniş panoramik SkyLight tavan sərnişinlərə mənzərədən zövq almağa şərait yaradan innovativ bir həlldir. Təbii işıq avtomobilin interyerini aydınladır, sərnişinlərə genişlik və azadlıq hissi ötürür.
4797mm
uzunluq
1870mm
en
1475mm
hündürlük
2777mm
təkər bazası
Dongfeng Shine Max modelinizin rəngini seçin
Qara dəri interyer
Previous slide
Next slide
Yumşaq hava axını paylanması ilə 4D iqlim sistemi
“4D”- dörd kontrol ölçüsünü ifadə edir: nəmlik, temperatur, hava axını istiqaməti və intensivliyi. Bu sistem avtomobildəki hər sərnişin üçün fərdiləşdirilmiş mikroiqlim təmin edir.
Yumşaq plastiklər, dəri, panelin bəzəklərində zamşa və qapı kartları
İnteryerdə yumşaq plastiklər, dəri və zamşanın kombinasiyası komfort, estetika və praktiklik arasında balans yaradaraq, avtomobilin interyerini sürücü və sərnişinlər üçün daha xoş və funksional edir.
12.25 dyümlük 3D Ultra HD multimedia ekranı
3D ULTRA HD texnologiyası ilə 12.25 dyümlük Windlink multimedia ekranı sürücü və sərnişinlərə qabaqcıl multimedia təcrübəsi yaşadır. Bu müasir həll avtomobilin içərisində komfort mühit yaradaraq səyahətlərinizi daha əyləncəli və maraqlı edəcək.
MHD
Hibrid
540 Nm
Fırlanma anı
5,6 L
Ortalama sərfiyyat
Arxa sərnişinlər üçün kondisioner sistemi
Hər bir sərnişinə öz istəyi ilə temperaturu və hava axınını tənzimləməyə imkan verir. Bu xüsusilə, fərqli temperatura üstünlük verən sərnişinlər bir arada səyahət edərkən daha faydalıdır.
Teksturalı Nappa dəri oturacaq bəzəyi
Nappa dəri oturacaq bəzəyi avtomobilin salonuna lüks və incəlik əlavə edir. Nappa dərisi yumşaqlığı, hamarlığı və mürəkkəb görünüşü ilə tanınan, avtomobil dizaynında istifadə edilən ən premium materiallardan biridir.